Göyçay icra hakimiyyətində bir şöbə tamamilə boşdur

15.12.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində 3 vakant yer var. AzPost icra hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir ki, şöbə müdiri – baş memar, böyük və aparıcı məsləhətçi (mühəndis) ştatlarına təyinat olmayıb.

Bununla da icra aparatında bir şöbə tamamilə boş qalıb.

Eyni zamanda, başçının birinci müavini və köməkçisi də daxil olmaqla, 5 vakant yer mövcuddur.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinə bu yaxınlarda yeni təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Mürsəlov rayona rəhbər təyin edilib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью