Göyçay sakini bıçaqlanıb, qohumu saxlanılıb

24.03.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью