Göyçay Ucar yolunda QƏZA: iki nəfər xəsarət aldı

15.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri, 44 yaşlı Qaraxan Dərgahov və 65 yaşlı Xeyrəddin Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью