Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapıldı

02.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçayda bir neçə gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, 30 mart 2025-ci il  tarixində  itkin  düşən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Kərimov Fuad Firuddin oğlunun  üzərində xəsarətlər olan meyiti  bu gün  Göyçay rayon “Əlvan Dərəsi” adlanan ərazidə aşkar olunub.

Məlumata görə, o, bayramla əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F. Kərimovdan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью