Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Göyçay rayonunda avtomobil qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Çayarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan VAZ-2107 markalı minik avtomobili elektrik dirəyinə çırpılıb. Dördpendirli pizza
Hadisə nəticəsində xəsarət alan olmasa da, 10-a yaxın kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, bir müddət sonra kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.