Göyçayda 37 yaşlı kişi suda batdı

13.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göyçayda kişi su kanalında batıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью