Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Mehman oğlu zəhərli ilan sancması şikayəti ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər tərəfindən pasiyentə sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası və zəhərli ilan sancması diaqnozu qoyulub.
Xəstəxanada pasiyentə təcili olaraq ilan zəhəri əleyhinə zərdab vurulub. Daha ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün o, Bakı şəhərinə — Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik bəlli deyil. Müalicəsi davam etdirilən Hüseyn Hüseynovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Bizim.Media, Aran bürosu