Göyçayda 40 yaşlı kişini ilan sancıb

24.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Göyçayda kişini ilan sancıb. Hadisə rayonun Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb.

XQ xəbər verir ki, 40 yaşlı Coşqun Füzuli oğlu Zərbəliyev təsərrüfat işləri ilə məşğul olarkən ilan onun əl barmağından sancıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью