Göyçayda 65 yaşlı qadın xəstəxanada öldü

03.09.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göyçayda 65 yaşlı qadın xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Ofelya Əzizova kəskin ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın nəfəs çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью