Göyçayda ağır QƏZA: xəsarət alanlar var

11.11.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan 2007-ci il təvəllüdlü Fikrət Məmmədov, 2004-cü il təvəllüdlü İbrahim Adgözəlov və 2004-cü il təvəllüdlü Nuran Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

(unikal)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью