Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var

11.11.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan 2007-ci il təvəllüdlü Fikrət Məmmədov, 2004-cü il təvəllüdlü İbrahim Adgözəlov və 2004-cü il təvəllüdlü Nuran Daşdəmirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью