Göyçayda alça yığan kişi ağacdan yıxılıb öldü

12.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Göyçayda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bığır kəndi ərazisində baş verib.

Kənd sakini 1975-ci il təvəllüdlü Müşfiq Kamal oğlu Şirinov həyətindəki ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Aqil Vəlili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью