Göyçayda avtobusla maşın toqquşdu Xəsarət alanlar var VİDEO

06.11.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi noyabrın 6-da səhər saatlarında Nizami və Heydər Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-ET-654 dövlət nömrə nişanlı “Mercedes” markalı avtobus 10-KS-071 dövlət nömrə nişanlı “QAZ-3110” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. İlkin məlumata əsasən, minik avtomobilində olan sərnişinlərdən biri, eləcə də avtobusun arxa hissəsində əyləşən sərnişinlər arasında xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228572.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью