Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı FOTO

03.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarabaqqal  kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı yüksək gərginlikli işıq dirəyinə çırpılıb.
 

Qəza zamanı Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və 10 kv-luq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.


Aşmış dirəkələrin yenisi ilə əvəz olunması istiqamətində zəruri  işləri həyata keçrilir. Eyni zamanda hadisə yerinə Göyçay rayon polis şöbəsinin dövlət yol polisi əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırlır.



Bizim.Media, Aran bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью