Göyçayda avtomobil mopedlə toqquşdu VİDEO

22.09.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər ki, hadisə bu gün günorta saat 14:00 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını digər hərəkət iştirakçısı olan mopedlə toqquşub.
İlkin verilən məlumata görə, hadisə nəticəsində mopedin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью