Göyçayda avtomobil piyadanı vuraraq öldürdü FOTO

10.11.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçay rayonununda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, noyabrın 9-da saat 21:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Davud Tarverdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью