Göyçayda avtomobil piyadanı vuraraq öldürdü FOTO

10.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Göyçayda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın Aran bürosuna bildirilib ki,faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью