Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

10.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью