Göyçayda avtomobil qəzası Üç nəfər xəsarət aldı

06.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Sürücülər 1974-cü il təvəllüdlü Vüqar Novruzov, 1990-cı il təvəllüdlü Vüsal İsmayılov və sərnişin 1950-ci il təvəllüdlü Gülnaz Novruzova təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью