Göyçayda avtomobil qəzası Üç nəfər xəsarət aldı | Icma.az
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücülər 1974-cü il təvəllüdlü Vüqar Novruzov, 1990-cı il təvəllüdlü Vüsal İsmayılov və sərnişin 1950-ci il təvəllüdlü Gülnaz Novruzova təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu