Göyçayda avtoxuliqanlıq edən yeniyetmə saxlanılıb

21.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən 2007-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.

Oxu.Az xəbər verir ki, o, idarə etdiyi VAZ-2106 markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью