Göyçayda “BMW” piyadanı vuraraq öldürdü KONKRET

11.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göyçay şəhərində “BMW” markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan apa-nin sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью