Göyçayda dəhşətli qəza

10.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Referans.az xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью