Göyçayda elektrik paylayıcısını partladı, yanğın oldu Video

27.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Göyçayın Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb.

İlkin məlumata görə, hadisə zamanı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi hazırda araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью