Göyçayda iki maşın toqquşdu Yaralanan var (VİDEO)

18.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza ötən gün axşam qeydə alınıb.

24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi "Mercedes"lə 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “Qazel” markalı avtomobillər toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Qəza zamanı "Qazel"də yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.  

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью