Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göyçay, 24 avqust, AZƏRTAC
Göyçayda kişini ilan sancıb. Hadisə rayonun Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40 yaşlı Coşqun Füzuli oğlu Zərbəliyev təsərrüfat işləri ilə məşğul olarkən ilan onun əl barmağından sancıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Müxbir- Rəşad Türkoğlu