Göyçayda külək ağacı aşırdı Hərəkət çətinləşdi+Fotolar

26.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyçayda axşam saatlarından başlayan güclü külək irigövdəli ağacı yola aşırıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonunun İkinci-Ərəbcəbirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İntensiv əsməyə başlayan külək irigövdəli ağacı yolun hərəkət hissəsinə aşırıb.

Nəticədə magistral yolda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

İlkin verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Yunis Quliyev




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью