Göyçayda maşın su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub FHN

30.06.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

525.az-a nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью