Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsatər alıb

21.08.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata əsasən hadisə nəticəsində avtomobildə olan 30 yaşlı Həmidli Sənan, 36 yaşlı İsmayılov Rəşid və 30 yaşlı sürücü Abidov İslam müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Araşdırma aparılır əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью