Göyçayda motosiklet avtomobilə çırpıldı, yaralı var Video

22.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili motosikletlə toqquşub.

Hadisə nəticəsində motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью