Göyçayda oğurluq edən şəxs həbs olundu

20.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, mənzildə olan 7 min manatdan artıq pul vəsaiti talanıb.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.

Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью