Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib FOTOLAR

10.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Göyçayda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yuxarı Şirvan bürosuna bildirilib ki, noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью