Göyçayda ot tayasından yıxılan kişi öldü

20.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Göyçay rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saat 7 radələrində Alpoud kəndində baş verib.

Kənd sakini,1984-cü il təvəllüdlü Anar Səlimov həyətdə ot tayasına ot bağlamaları yığarkən qəfil halı pisləşib və və o, ot tayasının üstündən yıxılıb. Hadisə zamanı ot bağlamaları onun üzərinə düşüb. A.Səlimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью