Göyçayda piyadanı maşın VURDU

20.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi prospektində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan mikroavtobusun sürücüsü Sərxan Bədirov yolu keçmək istəyən piyada Adil Həşimovu vurub.
Hadisə nəticəsində xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью