Göyçayda qəza: İki “VAZ” toqquşaraq yararsız hala düşdü VİDEO

15.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Göyçay rayonu Qaraməryəm kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 15-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 50-BZ-597 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “VAZ-2107” markalə avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью