Göyçayda qəza oldu, sürücü xəsarət aldı FOTO/VİDEO

24.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göyçay şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunda rayonun Natəvan küçəsindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan "Howo" markalı yük avtomobili "Honda" markalı minik maşını ilə toqquşub.


İlkin məlumata görə, hadisə nəticəsində "Honda" markalı maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью