Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 23-də axşam saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 23-BN-355 dövlət nömrə nişanlı “Toyota” markalı maşın, 01-BA-410 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.