Göyçayda qəza: “VAZ” ağaca çırpıldı, sürücü xəsarət aldı VİDEO

23.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 22-də gecə saatlarında Cəyirli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 04-BR-247 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil qəzaya uğrayıb. Qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetmədən çıxan maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью