Göyçayda qoz ağacından yıxılan kişi yaralandı

27.09.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göyçayda 60 yaşlı kişi qoz ağacından yerə çırpılıb. Çoxsaylı xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.

"Unikal"ın məlumatına görə, hadisə Çayaltı kəndi ərazisində baş verib. Qoz yığmaq üçün ağaca çıxan 1965-ci il təvəllüdlü Əliyev İmdad Məmməd oğlu müvazinətini  itirərək sərt şəkildə yerə çırpılıb. Ayağı və çiyni sınan, eləcə də digər bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Durumu orta-ağır olaraq dəyərləndirilir.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью