Göyçayda Şirvan suvarma kanalı yarıldı FOTO

12.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirvan suvarma kanalının Göyçaydan keçən hissəsi yarılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndi ərazisində baş verib.
Kanal yarıldıqdan sonra bir müddət su kənd ərazisinə axın edib. Dərhal əraziyə Şirvan suvarma kanalının canlı qüvvəsi və  ağır texnikası cəlb edilib.
Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Yaranan fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.


Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью