Göyçayda Şirvan suvarma kanalı yarılıb, su kənd ərazisinə axır

12.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Kanal yarıldıqdan sonra bir müddət su kənd ərazisinə axıb. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью