Göyçayda su kanalında batan şəxsin meyiti tapılıb

13.11.2024

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью