Göyçayda su kanalında meyit tapılıb

13.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Göyçayın Hacalıkənd kəndində su kanalında meyit tapılıb.

AZƏRTAC xəbər verir ki, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini İlkin Bəhram oğlu Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью