Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Göyçayda yas mərasimi zamanı dəhşətli hadisə olub.
Lent.az-ın məlumatına görə, evin həyətində keçirilən yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı yıxılaraq, xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.