Göyçayda yol nişanlanma xətləri ilə bağlı PROBLEM VİDEO

04.09.2026

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Yol nişanlanma xətləri ya ümumiyyətlə yoxdur, ya da zaman keçdikcə silinərək görünməz hala gəlib.

Hurriyyet.Media  xəbər verir ki, bu problem göyçayın əksər küçələrində müşahidə edilir. Sakinlərin sözlərinə görə, piyada keçidləri və digər yol nişanlanma xətlərinin pozulması onlar üçün ciddi təhlükə yaradır.

Eyni problem məktəblərin yaxınlığında da müşahidə edilir. bəzi məktəblərin qarşısında piyada zolaqları hələ də yoxdur.

Məsələ ilə bağlı AYNA-dən “Xəzər Xəbər”ə bildirildi ki.  Bölgələrdə, o cümlədən Mərkəzi Aran regionunda yol nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir.  Yaxın müddətdə Göyçay rayonu ərazisində də yol nişanlanma xətlərinin yenilənməsi ilə bağlı işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью