Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Göyçay şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan Lada "VAZ-2106" markalı avtomobil digər hərəkət iştirakçısı olan "Ford" markalı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-2106"-nın sürücüsü Əliyev Əkbər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
Hadisə zamanı avtomobillərə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu