Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Göyçayda yol qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücülər 1974-cü il təvəllüdlü Vüqar Novruzov, 1990-cı il təvəllüdlü Vüsal İsmayılov və sərnişin 1950-ci il təvəllüdlü Gülnaz Novruzova təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. "Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib gö