Göyçayda yol qəzasında 3 nəfər xəsarət alıb

06.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Göyçayda yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Sürücülər 1974-cü il təvəllüdlü Vüqar Novruzov, 1990-cı il təvəllüdlü Vüsal İsmayılov və sərnişin 1950-ci il təvəllüdlü Gülnaz Novruzova təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью