Goyçayda yol qəzasında yanğın olub

18.11.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goyçayda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Göyçay rayonu ərazisində 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəzadan sonra "QAZel"də yanğın baş verib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью