Göyçayda yolayrıcında qəza: İki “VAZ” bir birinə çırpıldı VİDEO

22.07.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 21-də günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı maşın, “VAZ-21012” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью